Braziliya heyətini açıqlayıb

0
61

Futbol üzrə beşqat dünya çempionu Braziliya millisinin Rusiyada keçiriləcək XXI mundial üçün heyəti açıqlanıb. Baş məşqçi Titonun heyətdə yer verdiyi 23 futbolçu 14 klubda forma geyinir.

Braziliya millisinin heyətinə qapıçılar Alisson (Roma), Kassio (Korintians), Ederson (Mançester Siti), müdafiəçilər Danilo (Mançester Siti), Jeromel (Qremio), Filipe Luiş (Atletiko Madrid), Marselo (Real Madrid), Marquinyos (PSG), Miranda (İnter), Faqner (Korintians), Tiaqo Silva (PSG), yarimmüdafiəçilər Kasemiro (Real Madrid), Fernandinyo (Mançester Siti), Fred (Şaxtyor), Paulinyo (Barcelona), Filippe Koutinyo (Barselona), Renato Auqusto (Pekin Quoan), Villian (Çelsi), hücumçulardan isə Duqlas Koşta (Yuventus), Firmino (Liverpool), Qabriel Jesus (Mançester Siti), Neymar (PSG) və Tayson (Şaxtyor) cəlb olunublar.

Futbol üzrə XXI dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

Xatırladaq ki, Braziliya milli komandası beş dəfə – 1958-ci, 1962-ci, 1970-ci, 1994-cü və 2002-ci illərdə dünya çempionu olub.