“Təhsilimi xaricdə davam etdirmək fikirindəyəm”

0
118

Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev dövrün bu tələbini nəzərə alaraq deyir: “Müstəqilliyi əbədi, dönməz etmək üçün təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır”. Bu gün Mingəçevir təhsili də bu prinsipi rəhbər tutaraq təhil sahəsindəki uğurları ilbəil artırır. Mingəçevirdə fəaliyyət göstərən İsmət Qayıbov adına 10 saylı tam orta məktəb təhsildəki uğurları ilə seçilən məktəblərdəndir. Builki tədris ilində  yenə də məktəbin adı öncüllər sırasında çəkilir. Məktəbin məzunları hazırda ən yaxşı  universitetlərdə təhsil alırlar.

Bu barədə danışan direktor Xumarə Mikayılovanın sözlərinə görə, ali məktəblərə qəbul olunanlar, respublika fənn olimpiadalarında iştirak edən şagirdlər həmişə məktəbin adını yüksəklərə qaldırıblar. Bu günlərdə respublika fənn olimpiadasında yer alanlar arasında bu məktəbin şagirləri də var. Belə ki, olimpiadanın şəhər mərhələsində bu təhsil ocağının 36 şagirdi iştirak edib. Onlardan 8 nəfəri zona mərhələsinin iştirakçısı olub. Respublika turuna isə iki şagird vəsiqə qazanıb. Onlar  11-ci sinifin şagirdləri Əlizadə Nərmin  və Səmədov Nicatdır.

Səmədov Nicat bu turda coğrafiya fənni üzrə 33 bal toplayıb və bürünc medala layiq görülüb. “Biz onlarla fəxr edirik” – deyən Xumarə Mikayılova bildirdi ki, Nicat bu günlərdə keçirilən qəbul imtahanlarında da 600-dən yuxarı bal toplayıb.

Nicat bizimlə söhbətində vurğuladı ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi  sınaqlarda 660-670-682  bal toplayıb. Çox təəssüf ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul  imtahanı fənn olimpiadası ilə üst-üstə düşdü, yəni aralarındakı vaxt azlığı oldu. Ona görə də qəbul imtahanında istədiyim balı toplaya bilmədim. İnşallah, ikinci mərhələdə 700 bal toplayacağıma ümid edirəm. Onu da deyim ki, fənn olimpiadasında coğrafiya fənni üzrə 260 şagird iştirak edirdi. Amma  indiyə qədər belə olmamışdı. Buna baxmayaraq 260 şagirdin içərisində  fərqləndim, bürünc medal qazandım. Mən təhsilimi xarici olkələrdən birində davam etdirmək fikirindəyəm”.

Esmira Hidayətova, Mingəçevir.