Qayğı, şərait olanda uğur da olur

0
88

Azərbaycanda şagirdlər üçün keçirilən respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb. Olimpiadada iştirak edən Mingəçevir məktəblilərindən 11 nəfəri fərqlənib. Onlardan 1 qızıl olmaqla 10 bürünc medal qazanıblar.  Qızıl medalı Mingəçevir Texniki Humanitar Liseyinin 9-cu sinif şafirdi Cavid Mirzəzadə əldə edib.  Liseyin şagirdlərinin uğurlarından danışan liseyin direktoru Nailə Məmmədova bizimlə söhbətində  bildirib ki, 9-11-ci siniflər arasında keçirilən fənn olimpiadalarında onun rəhbərlik etdiyi məktəb daha fəal olub: ”Olimpiadaya qatılan 6 nəfərdən üçü qalib olub. Onlardan 9-cu sinif şagirdi Mirzəzadə Cavid tarix fənni üzrə  qızıl medal, 11-ci sinif şagirdi Əliyev Əli biologiya fənni üzrə, 8-ci sinif şagirdi (onların 9- cu siniflərlə birgə olimpiadaya qatılmaq imkanı verilir) Seyidova Gültac informatika fənni üzrə bürünc medallara sahib olublar. Onu da bildirim ki, dünən ali məktəblərə  keçirilən qəbul  imtahanlarda da şagirdlərimiz ən yüksək nəticə göstəriblər – 670 bal toplayan şagirdlərimiz var”.

Mingəçevir Texniki Humanitar Liseyinin direktoru Nailə Məmmədova

Qızıl medalın sahibi Cavid öz sevincini bizimlə bölüşərkən deyib ki, bu onun ilk uğurudur: “Fənn  olimpiadalarına bu ildən mən də qatıldim. Ona görə  ki, fənn olimpadaları şagirdlərin müxtəlif sahələrdə intelektual biliklərini üzə çıxmasında çox mühüm rol oynayır və şagirdlərə imkan verir ki, özlərinə güvəndikləri sahələrdə elm və biliklərini nümayiş etdirsinlər. Mən də özümə tarix fənni üzrə sınadım.Çox şükür, öz istəyimə nail oldum. Bu ilk uğurum mənim üçün çox böyük sevincdir. Qarşıda məni çox sınaqlar gözləyir və fikrim var ki, gələcəkdə də belə uğurlar əldə edim. Onu da deyim ki, mənim bu mərhələyə gəlib çatmağımda Liseyin direktoru Nailə Məmmədovanın göstərdiyi qayğı, yaradılan  şərait mühüm rol oynayıb. Tarix müəlliməm Aytən Mehtiyevaya də öz dərin təşəkkürümü bildirirəm”.

Esmira Hidayətova, Mingəçevir