XXVII turun oyunları keçiriləcək

0
41

Bu gün Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Mövsümün sonuncudan əvvəlki turunun görüşləri eyni gündə baş tutacaq.

 

İlk matçda “Keşlə” “Qarabağ”ı qəbul edəcək. Bu matç komandalar üçün heç bir əhəmiyyət kəsb etmədiyindən qarşılaşma digər görüşlərin kölgəsində qalacaq.

Mükafatların bölüşdürülməsi baxımından əhəmiyyət daşıyan digər üç matç eyni saatda başlayacaq. Gümüşü rəsmiləşdirməsi üçün uduzmamalı olan “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

 

“Sumqayıt”ın büdrəməsini gözləyən “Neftçi” bürünc mübarizəsində önə keçmək üçün “Səbail”i yenməlidi. Paytaxt derbisindəki nəticə təkcə “Qəbələ” və “Sumqayıt” deyil, “Zirə” üçün də önəm daşıyır.

 

Belə ki, “Kəpəz”lə üz-üzə gələcək sonuncular da avrokubok şanslarına malikdi. Bu oyundakı xal itkisi qəsəbə təmsilçisinin ümidlərinin üstündən xətt çəkə bilər.

Topaz Premyer Liqası

XXVII tur
12 may (şənbə)

17:00. “Keşlə” – “Qarabağ”
Mövsümün əvvəlki oyunları: 0:1, 0:2, 1:1
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov

“İnter Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”

Mövsümün əvvəlki oyunları: 0:1, 0:1, 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov

“Kapital Bank Arena”
19:00. “Neftçi” – “Səbail”
Mövsümün əvvəlki oyunları: 0:1, 4:0, 2:0
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov

“Dalğa Arena”

19:00. “Zirə” – “Kəpəz”

Mövsümün əvvəlki oyunları: 3:0, 3:0, 0:0
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

 

1. Qarabağ

26

19

5

2

36-10

62

2. Qəbələ

26

13

7

6

41-25

46

3. Sumqayıt

26

11

7

8

33-29

40

4. Neftçi

26

12

4

10

34-26

40

5. Zirə

26

10

8

8

32-28

38

6 Keşlə

26

6

7

13

25-39

25

7. Səbail

26

6

5

15

18-35

23

8. Kəpəz

26

3

5

18

16-43

14

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12 qol.