“Akhisarspor” tarixində ilk dəfə Türkiyə kubokunu qazanıb

0
13

Mayın 10-da Türkiyə kubokunun finalı keçirilib.“Yeni Diyərbəkir” stadionunda “Akhisarspor” “Fənərbağça” ilə üz-üzə qəlib. Qarşılaşmanın favoriti sayılan “Fənərbağça” 2:3 hesabı ilə məğlub olub.

Oyunda hesabı “Akhisarspor” komandası açıb. Qarşılaşamanın 32-ci dəqiqəsində Mişel Lopes fərqlənib – 1:0. Hər iki komandanın qarşılıqlı hücumları olsa da, hesab dəyişilməyib. Fasilədən sonra fənərlilər hesabı bərabərləşdirməyə nail olublar. Fernandao adını tabloya yazdırıb – 1:1. Oyunun 70-ci dəqiqəsində A.Sissoko dəqiq zərbə ilə “Akhisarspor”u hesabda yenidən irəli çıxarıb – 2:1. Qoldan on dəqiqə sonra Helder Barboza hesab arasındakı fərqi iki topa çatdırıb – 3:1. Matçın son nöqtəsini isə Aykut Kocamanın yetirmələri Souzanın sayəsində qoyub – 3:2. İrəli atılan “Fənərbağça” klubu hesabı dəyişə bilməyib. Beləliklə, “Akhisarspor” klubu 3:2 hesabı ilə qələbə qazanıb. Tarixində ilk dəfə Türkiyə kubokunu qazanan “Akhisarspor” komandası növbəti mövsümdə Avropa Liqasında çıxış etmək hüququ da qazanıb.