Mingəçevir məktəbliləri Qələbə günü maraqlı proqramla çıxış ediblər    

0
309

İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar bu gün Mingəçevir 13 saylı məktəbin 3-cü sinif şagirdləri Qələbə meydanında maraqlı proqramla çıxış ediblər. Şagirdlərin vətənpərvərlik ruhunda  söylədikləri şeirlər, ifa etdikləri mahnılar, nümayiş etdirdikləri səhnəciklər maraqla qarşılanıb.

Tədbir çərçivəsində məktəbin direktoru Tünzalə Əfəndiyeva alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini şagirdlərin diqqətinə çatdırıb. Daha sonra o, Mingəçevir şəhərindəki müharibə veteranlarından söz açıb. Onların keçdiyi həyat yolundan bəhs edərək qeyd edib ki, vaxtı ilə Mingəçevirdə 800-ə qədər İkinci Dünya Müharibəsinin veteranları olub. Bu gün isə onlardan 3 nəfəri sağdır.

Məktəb direktoru həmçinin bildirib ki, ulu öndər Heydər Əliyev və ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən İkinci Dünya Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.

Esmira Hidayətova, Mingəçevir