“Qarabağ”… uduzdu

0
45

Mayın 6-da futbol üzrə Topaz Premyer Liqasının XXVI turuna yekun vurulub. Turun mərkəzi qarşılaşmasında “Qarabağ” klubu öz meydanında “Neftçi” komandası ilə qarşılaşıb.

Azərbaycan futbolunun flaqmanı çempionluğu təmin etmiş “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edib. Oyunun yeganə qolunu 36-cı dəqiqədə Rəhman Hacıyev vurub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matçda hər iki komanda bir sıra real qol vəziyyətləri yaratsa da, hesabı artırmaq mümkün olmayıb.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” dördüncü pillədə qərarlaşıb.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 46 xalla ikinci, “Sumqayıt” və “Neftçi” komandaları isə 40 xalla üçüncü və dördüncü yerləri bölüşürlər.

Topaz Premyer Liqası

XXVI tur
6 may (bazar)

“Qarabağ” – “Neftçi” – 0:1

Qol: Rəhman Hacıyev, 37

 

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

“Azərsun Arena”

Mövsümün əvvəlki oyunları: 3:1, 1:0, 0:0

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 11. Mahir Mədətov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotskiy12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 66. Cavid Bayramov, 90. Ramil Şeydayev, 14. Rəşad Sadıqov
Baş məşqçi: Qurban Qurbanov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov, 2. İlkin Qırtımov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 93. Soni Mustivar, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 13. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov

 

 

1 Qarabağ 26 19 5 2 36-10 62
2 Qəbələ 26 13 7 6 41-25 46
3 Sumqayıt 26 11 7 8 33-29 40
4 Neftçi 26 12 4 10 34-26 40
5 Zirə 26 10 8 8 32-28 38
6 Keşlə 26 6 7 13 25-39 25
7 Səbail 26 6 5 15 18-35 23
8 Kəpəz 26 3 5 18 16-43 14

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12