“Kamazı olmayana qız verilmir”

0
196

Qaradağ rayonunun Qobustan qəsəbəsində demək olar ki, hər həyətdə Kamaz var.

alpaninfo.com “Xəzər TV”yə istinadən xəbər verir ki, Qəsəbədə hətta belə bir deyim də var: “Kamazı olmayana qız verilmir”.

Qəsəbə daş karxanalarının əsas məkanı olduğu üçün kamaz sayı da bu qədər çoxdur. Yerli sakinlərin çoxu sürücülük edərək çörək pulunu qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: