“Real Madrid” səfərdə “Bavariya”nı məğlub edib

0
280

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun gününün yeganə qarşılaşması Münhendə keçirilib.

 

Avrokuoklarda ən çox üz-üzə gələn iki komanda – “Bavariya” və “Real” Almaniya təmsilçisinin meydanında qarşılaşıb. Bundesliqa klubu qarşılaşmada hesabı açmağa müvəffəq olsa da, üstünlüyünü qoruya bilməyib.

 

Belə ki, Kimmixin qoluna İspaniya nəhəngi iki topla cavab verib. İlk yarıda Marselo bərabərlik qoluna imza atıbsa, fasilədən sonra Asensio “Kral klubu”na qələbə qazandıran topun müəllifi olub.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

25 aprel

 

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 1:2

Qollar: Kimmix, 28 – Marselo, 44, Asensio, 57

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, “Alyans Arena”

“Bavariya”: Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi

“Real”: Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko