Ərdoğan: “İyunun əvvəlində TANAP-ın açılışı olacaq”

0
49

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik”.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: “Bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında “Star” zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”.

Türkiyə prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: “Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.