Karapetyan müxalifətlə danışıqlardan imtina etməsinin səbəbini açıqlayıb

0
142

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla aprelin 25-nə planlaşdırılmış danışıqlardan imtina etməsinin səbəbini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  K.Karapetyanın sözlərinə görə, görüş N.Paşinyanın hökumətə qarşı irəli sürdüyü yeni tələblər səbəbindən ləğv edilib.

 

“Əvvəlcədən anons olunmuş görüş baş tutmayacaq, çünki Paşinyan görüşün formatı, gündəliyi və işıqlandırılmasına dair birtərəfli şəkildə yeni tələblər irəli sürüb”, – deyə K.Karapetyanın bəyanatında bildirilir.

 

Onun sözlərinə görə, N.Paşinyan danışıqlarda hakimiyyəti təmsil edəcək iştirakçılarının siyahısını təklif edib və danışıqları yalnız özünün irəli sürdüyü məsələlər ətrafında aparacağını vurğulayıb.