Onlar Təbrizdə beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaqlar

0
56

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar Artisti Şövqi Hüseynov aprelin 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətində iştirak edəcəklər.

Teatrın mətbuat xidmətindən bildirilib ki, onlar Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət Təşkilatı tərəfindən dəvət alıb. Festival çərçivəsində Azərbaycan teatr sənətçiləri müxtəlif treninqlərdə, ustad dərslərində və seminarlarda çıxış edəcək, Azərbaycan teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik fəaliyyəti barədə xarici ölkələrin teatr mütəxəssislərinə və təbrizli həmkarlarına məlumat verəcəklər.