Yevlaxda ağr yol qəzası baş verib

0
79

Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılardan üçü Mingəçevir, biri isə Yevlax rayon xəstəxanasına yerləşdirilib.

 

Hazırda 1996-cı il təvəllüdlü Namiq Ramiz oğlu Məmmədov, 2000-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Quliyev və Amin Adil oğlu Hacıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunur.

Zaur adlı şəxs isə Yevlax Rayon Mərkəzi Xəstəxanasındadır. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xəsarət alanlar rayonun Aran qəsəbə sakinləridir.

Esmira Hidayətova,Yevlax.