Mingəçevirin “Kiçik Qobustanı”

0
89

Ləpələrin yaratdığı gözəllik və ya açıq səma altında muzey Mingəçevir dənizinin ətrafındadır. Bu məkana gələnlər buranın hər hansı sənətkar tərəfindən xüsusi alətlərlə yonulub hazırlandığını düşünür. Əslində isə illərdir bu diqqət çəkən mənzərə ləpələrin iri daşlara çırpılıb geri çəkilməsindən sonra yaranıb. Yerli sakinlər bildrirlər ki, kaha, şkala adlandırdıqları iri qaya parçaları qədim insanların yaşayış məskənini xatırladır. Burada mağaraya bənzər oyuqların olması isə xüsusi diqqət çəkir.

İsti yay günlərində dənizdə sərinlənməyə gələnlər fərqli görünüşə malik daşların üzərində qeydlər də edirlər. Rayon, şəhər, müxtəlif insan adları ilə daşların üzərini bəzəyirlər. Qədim məkana turistlərin də marağı böyükdür. Dincəlmək üçün Mingəçeviri seçənlər ərazidən video, foto  çəkib paylaşımlar edirlər.

Yerli sakinlərin “kiçik Qobustan”adlandırdıqları maraqlı məkan, nur şəhərinin turizm potensialına da öz müsbət təsirini  göstərə bilər. Bir sözlə, ərazidən səmərəli istifadə etmək üçün zaman yetişib desək, yanılmarıq.

Esmira Hidayətova, Mingəçevir