“Bu kimi dəyirmi masalarımız davamlı olacaq”

0
98

Mingəçevir Media Mərkəzində maraqlı tərəflərin iştirakı ilə “Qadinlarin İqtisadi səlahiyyətləndirilməsinin təmin edilməsində maraqli tərəflərin əməkdaşlıq imkanları”mövzusunda növbəti dəyirmi masa keçirilib.

  Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT İnkişaf Proqramının icra etdiyi “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” proqramı ​çərçivəsində təşkil edilib. Məqsəd qadınların səlahiyyətləndirilməsi üzrə müxtəlif tərəflərin – dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və bələdiyyələrin rolu və vəzifələri barədə müzakirələr aparmaq və onların işinin koordinasiyasını təşkil etmək olub. Tədbirə Mingəçevir,  Şəki, Oğuz, Yevlax,  Balakən, Gəncərayonlarından dövlət, özəl və icimai sektoru təmsil edən  iştirakçılar qatılıblar.

 Bizimlə müsahibəsində  Demokratik Monitor təşkilatının rəhbəri Fuad Həsənov layihə çərçivəsndə görülən işlər barədə  məlumat verib. Bildirib ki, qadınların cəmiyyətdə aktivliyi daim müzakirə mövzusu olub. Bu aktivliyi daim tormozlayan müxtəlif müqavimətlərə, o cümlədən mühafizəkar milli dəyərlərə rəğmən getdikcə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında qadınların rolu artmaqdadır. Bundan əvvəl də biz maraqlı tərəflərlə görüş keçirib, müzakirələr aparmışıq. Bu gün burada görülən işləri, nəşrləri  və bu günə qədər etdiyimiz təlimlər barədə geniş məlumat verdik. Onu da deyim  ki, ilk öncə hədəf qrupuna daxil olan xanımları maarifləndirmək birinci növbədə vacib məsələdir, cünki ən vacib onların bilgilərinin artırılmasıdır. Bilgilər artırıldıqdan sonra onların bacarıqlarının inkişaf etdirilməsidir. Bu bacarıqların artırılması ilə bağlı artıq təlimlərdən və yaxud da maraqlı tərəflərin görüşündən sonra hazırlanmış təkliflər daha geniş şəkildə müvafiq  dövlət qurumlarına, özəl qurumlara, ictimai sektora təqdim olunub. Eyni zamanda qadın icmalarına təqdim olunur ki, biz daha hansı işləri görməliyik ki, doğurdan da xanımların sosial iqtisadi səlahiyyətləndirməsinə nail olaq. Bu kimi dəyirmi masalarımız davamlı olacaq”. Daha sonra BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi sahəsindəki ümumi vəziyyət barədə geniş məlumat verib. Dəyirmi masa maraqlı müzakirələrlə davam edib.

Esmira Hidayətova, Mingəçevir