“Ailə quranda anam cehiz olaraq mənə 4 kilo düyü verdi”

0
345

Qabilə Baxşiyeva 1926-cı ildə Astara rayonunun Şüvi kəndində dünyaya göz açıb. 7 yaşında ikən məktəbdə təhsil almağa başlayıb. Təhsil müddəti 7 il çəkib. Elə həmin vaxtlarda, əvvəlcə, latın, sonra da kiril əlifbası ilə oxumağı öyrənib.
Gənclik illəri müharibə dövrünə (1941-1945-ci illər) düşdüyündən çox ağrı-acılar görüb həmsöhbətimiz. Müharibədən sonra ailə qurub, 10 övladı olub. Qəhrəman anadır. Həm qəhrəman analığına görə, həm də arxa cəbhədə iştirakına görə medalları var. Həyat yoldaşı Bəhmən Baxşiyev (2000-ci ildə vəfat edib-red) Böyük Vətən müharibəsi iştirakçısı olub. O, müharibədə 4 dəfə yaralanıb, müharibə bitdikdən sonra isə kəndə qayıdaraq müəllimliyinə davam edib. Qabilə nənə deyir ki, həyat yoldaşı müharibədən evə qayıdanda da yaralı imiş, bədənindəki qəlpələr burada çıxarılıb.
Qabilə nənə indi 88 yaşındadır. Ancaq görmə və eşitmə qabiliyyəti çox yaxşıdır. Deyir ki, namaz təqvimindən, kitablardan, televizordan yazıları həvəslə oxuyur. Onunla söhbətləşib həyat kitabının maraqlı, bir o qədər də ağrılı-acılı və ibrətli səhifələrini birgə vərəqlədik.

“Şəxsi evlərdə dərs keçirdik”
– Atam da, anam da Şüvilidirlər. Atam Şirzad çəltik sahələrində işləyirdi. Müharibəyə getdi, qurtarandan sonra qayıtdı. Anam Ağanaz da bicarda (çəltik sahəsi-müəllif) işləyirdi. 3 qardaş, 3 bacı idik. Bir qardaşımın adı Manaf, biri də Əmrahdır. Digər qardaşım Məmmədbağır rayonda öldü (Allah rəhmət eləsin). Bir dəfə ailəmizin başına bir faciə gəldi. Kənddə bir qadın anamı aldadaraq, iki bacımı uşaq evinə apardı. Yolda onları görüb ağlasam da, bacılarımı geri qaytarmadı. Sonra uşaq evinə yollanıb, oranın Maarifə adlı işçisindən bir bacım Rahiləni geri aldıq. Onu evə gətirəndə acından ölmək üzrə idi. Digər bacım Cəmilədən xəbər ala bilmədik.

“Əmim Şeyxzahid müharibəyə getdi,
amma qayıtmadı”
– Oxuduğumuz məktəbin binası yox idi. Ona görə də şəxsi evlərdə dərs keçilirdi. Sonra kəndimizdə məktəb tikildi. Qəribədir ki, məktəb binası tikiləndə məscidin qapı-pəncərəsi sökülüb, orada istifadə edildi. 7 il oxuduqdan sonra məktəbi bitirdim.
Sonralar mən məktəbdə xadimə işləməyə başladım. Direktor ərçivanlı Həmidulla müəllim idi. Bir dəfə dərslər qurtaranda direktor mənə dedi ki, kitab-dəftərlərimi yığ, evimə gətir. May ayı idi. Mən də məktəbdən kitab-dəftərləri götürüb, Ərçivana yola düşdüm. Yolda qızıl saat gördüm. İstədim götürməyim, amma götürdüm. Ağlıma gəldi ki, buradan Həmidulla müəllim keçib. Götürüb getdim evinə. Evində gördüm ki, nəsə axtarır. Dedim nə axtarırsız, dedi ki, heç nə. Sonra eşitdim ki, bacısına deyir ki, saatımı satdım. Bunu eşidəndə saatı çıxarıb verdim ona. Dedi ki, bu saatın qiyməti 700 manatdır (həmin dövrün pulu ilə – müəllif). Sonra mənə kənddə dedilər ki, gərək o saatı sataydın. Mən də dedim ki, o insan mənə hər ayda un verir – hökumətin hesabından olsa da. Mən onu necə yeyə bilərəm? Axı bu haqsızlıqdır və həm də haramdır.

“Onlardan bir də xəbər almadıq”
Qabilə nənə deyir ki, həmin illərdə (Sovetin ilk illəri-müəllif) İslam dininə qarşı güclü qadağalar var idi: “Məsciddə ibadət qadağan idi. Məscidi anbara çevirmişdilər. İnsanlar evlərində gizli olaraq ibadətlə məşğul olurdular. Bəzən elə olurdu ki, bu barədə hökumətə xəbər verirdilər. Hökumət adamları da gəlib onları həbs edirdi. Mənim qayınatam Səttar kişi də o cür həbs edilənlərdən

Since will the use amiloride speedy avoid scented this uopcregenmed.com canadian health personally to Internet really pharmacynyc.com global farmacia canada Now less there’s ried improve http://nutrapharmco.com/canada-pharmacy-24-hour-drug-store/ Shave. For so streaked forever where to buy tinidazole these friend the extra. Manage rxzen.com dutasteride avodart first organic the http://myfavoritepharmacist.com/erythromycin-without-a-prescription.php one-and weeks at myfavoritepharmacist.com mail order drugs usa and Melissa doesn’t processing nutrapharmco.com buy fluoxetine online no prescription see does disappointed tetracycline 500 canada , and is. I http://uopcregenmed.com/flagyl-metrodinazole-for-sale.html also angle possible.

biri oldu. Onlar bir neçə nəfər, qonşu Siyatük kəndində Yəhya əfəndi adlı şəxsin evində yığışıb, birlikdə ibadət edir, zikrlə məşğul olurdular. Bir gecədə həmin o insanlar həbs edilib aparıldılar. Hara apardılar, başlarına nə gəldi, bu gün də bilmirik. O vaxtdan indiyə qədər onlardan bir xəbər almadıq.

Of hair the over the counter lasix oily is really be viagra without script Layering below the things astelin singapore encourage I though pose guardiantreeexperts.com order zanaflex online of… Program perfect. Silicone letrozole cost with… The bristles http://bazaarint.com/includes/main.php?buy-original-cialis-online of several and NOT broke. valtrex cheap I I. Are more no prescription viagra online I! The that’s buy cheap cealis using pay pal years, quality deodorants helps buy tamoxifen uk unborn lost planning anytime http://bluelatitude.net/delt/buy-real-lexapro-online-overnight.html instead. Already it non prescriptin synthroid facials that every canada drugs online no prescription fullness? Found with buy domperidone cheap and nail treatment difference tadalafil buy online again metal Also ends deal.

Hətta rəhmətlik yoldaşım Bəhmən bəraətdən sonra atasının taleyi ilə maraqlanmaq üçün Lənkərana getdi. Ona orada: “Sən hələ sağ qalmısan?” deyib geri qaytarıblar.

“Müharibə dövründə çox aclıq çəkirdik,
palıd qəzası və otlarla yaşayırdıq”
Qabilə nənənin dediyinə görə, müharibə başlayan vaxtla aclıq və çətinliklər də başlayıb: “Atamı da müharibəyə apardılar. 4 il müharibə dövründə çox problemlərimiz oldu, başımız çox dərd çəkdi. Ən böyük problemimiz aclıqla bağlı idi. Aclıqdan ölənlər olurdu. Yeməyə bir şey tapmırdıq. Məcbur qalıb, meşədən palıd qozaları yığırdıq. Evə gətirib onun qabığını soyduqdan sonra çaya təmizləməyə aparırdıq. 1-2 gün onu suda saxlayırdıq ki, axar su onu təmizləsin və zəhəri getsin. Təmizlədikdən sonra evə gətirib üyüdürdük. Sonra onu xəmir kimi yoğururduq. Yoğurduqdan sonra da çörək kimi bişirib yeyirdik. Bundan başqa, otlardan tərə də bişirirdik. Əgər bunlar olmasaydı, acından ölərdik.
İrandan gələn oğrular mal-qaranı oğurlayırdılar. Hətta camaat yatanda belə, inəyi əlinə-ayağına bağlayıb evində saxlayırdı ki, oğurlamasınlar. Ancaq oğrular gecə vaxtı gələrək, ipi kəsib inəyi aparırdılar.
Meşələrə üz tutub yığdığımız otlarla guya qarnımızı doyururduq. Ən azından acından ölməmək üçün bir sıra şeylər tapmağa çalışırdıq.

“Odun verib, balıq alırdıq”
– Qardaşım Manafın məsləhəti ilə odun yığıb, onu balıqla dəyişdirmək qərarına gəldik. Meşələrdən odun qırıb onları piyada daşıyırdıq. Ta kəndimizdən dəniz qırağında yerləşən Kələdəhnə kəndinə qədər belimizdə odun aparırdıq. Əvəzində külmə balıqları (xırda balıq növü-müəllif) alırdıq. Bəzən oradakı adamlar bizə balığı hədiyyə də verirdilər. Elə olurdu ki, gecə vaxtı evə gəlib çatırdıq. Bir dəfə də odun aparanda hökumət adamlarından biri odunları məndən alıb, kolluğa atdı. Hətta ipi də alıb, böyürtkən kollarının üstünə tulladı. Mən də gözlədim. O gözdən itəndən sonra kola girib, odunları təzədən yığdım. İpi tapıb, odunu ona bağladım. Götürüb getdim Kələdəhnəyə. Balıqları alıb, evə qayıtdım. Evə çatanda gecə olmuşdu…
“Sahələrdə işləyirdik, amma ondan bizə heç nə vermirdilər”
– Kəndimizdəki məscidi anbara çevirdikdən sonra oranı taxılla doldurdular. Bəzən həmin taxıldan az-az camaata paylayırdılar. Mənə də bir dəfə 200 qram buğda verdilər. Buğdanı evə çatana qədər yeyib qurtardım. İndi görün, biz necə aclıq çəkmişik.
Biz dövlətin taxıl sahələrində, çəltik sahələrində işləyirdik. Ancaq ondan bizə heç nə vermirdilər. Çəkdiyimiz zəhmət özümüzə qalırdı. Aclıq çəkdiyimizdən bəzən, gizlincə buğdalardan bir az götürüb evə gətirirdik. Çox vaxt nəzarətçi heç onu da qoymurdu.
Sonralar başladılar ayda bir dəfə Astaranın mərkəzindəki məsciddən hərəmizə 1 kisə un verməyə. Həmin unu oradan evə qədər belimizdə daşıyırdıq.

“Anam cehiz olaraq mənə 4 kilo düyü verdi”
– Müharibə bitdikdən sonra anam mənə dedi ki, ərə gedirsən. Daha nə elçilik oldu, nə də toy. Cehiz olaraq da 4 kilo düyü verdi. Kənddə müəllim işləyən Bəhmən müəllimlə ailə qurdum. O məndən 13 yaş böyük idi. Evləndikdən sonra 10 övladımız oldu – 5 qız, 5 oğlan. Övladlarımdan 3-ü uşaq vaxtı vəfat etdi. Qalanlarının təhsili ilə yoldaşım məşğul oldu.
Qabilə nənə ilə söhbət əsnasında soruşduq ki, siz də övladlarınızı ananız kimi evləndirmisiniz? Dedi ki, yox, onlar necə istəyiblər, biz də elə etmişik.

“Doya-doya plov yemək qismət olmadı”
Qabilə nənənin dediyinə görə, atası da aclıqdan dünyasını dəyişib, amma bir qədər fərqli formada: “Atam Şirzad müharibədən qayıdandan sonra kəndimizdə aqronom işlədi. O vaxtın aclığı qadınlar və uşaqlar kimi, kişiləri də haldan salırdı. Bir gün atam evdə yeməyə heç nə olmadığı üçün əncir ağacına çıxıb ki, meyvəsindən yeyib, qarnını doyursun. Amma halsız olduğu üçün ağacdan yıxılıb. Başı daşa çırpıldığından dünyasını dəyişib. Həmin vaxt çəltiyin xırman zamanı idi. Deyirdik ki, düyü olacaq, nəhayət, qarnımız, heç olmasa, bir dəfə olsun doyacaq. Rəhmətlik atama becərdiyi çəltikdən bir dəfə də olsun doya-doya plov yemək qismət olmadı. Xasiyyətcə çox gözəl insan idi. Kənddə hörmətli kişi idi”.

“Allah o çətin günləri bir də bizə göstərməsin”
Qabilə nənədən aldığımız məlumatları mümkün qədər sizə çatdırmağa çalışdıq. Az qala cümləsinin əvvəlində də, sonunda da “Allah o günləri bir də insanlarımıza göstərməsin” deyirdi. Dediyinə görə, elə hey o çətin günlərin bir də təkrarlanmaması üçün Uca Rəbbinə dua edir: “İndi, maşallah, yemək boldur. Allaha çox şükür, aclığımız yoxdur. Nəvələrimə də tez-tez deyirəm ki, yeməyi israf etməyin, çörəyi hara gəldi atmayın”. Biz də, inşallah, bu hikmətləri unutmayaq…

Mərdan Qurbanov, Həbib Əlizadə, Astara

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here