Əməliyyata ehtiyaci olan Gülayət nənə: “Hər gün şəhidlərin ruhuna dualar oxuyub yatıram”

0
113

Bu günlərdə Heydər Əliyev adına parkda evə gələrkən yolda taqətsiz qalmış bir qoca ana ilə rastlaşdıq. Ona kömək etmək məqsədi ilə yaxınlaşıb kim olduğu ilə maraqlandıq. Aydın oldu ki, bu kimsəziz tənha H.Əliyev pr. 47/2 mən.25 də yaşayan  84 yaşlı Aslanova Gülayət nənədir. O,hava almaq üçün parka çıxdığını bildirdi. Lakin ayaqlarının tutulduğunu və gözlərinin yaxşı görmədiyi üçün yolunu itirmişdi. Onunla rastlaşmağımızdan sanki ürəyi dağa döndü. Bildirdi ki, övladım olmayıb. Uzun illərdir tənha yaşayır. Artıq gözləri görmür. Gözlərində problem olduğu üçün aldığı pensiyanı dərmanlara verir. Gülavər xala xəstəxanadan da giley etdi. Dedi ki, qonşular məni göz həkiminə aparıb. Əməliyyat olunmalıyam. İmkanım olmadığı üçün əməliyyat olmadığıma görə özümü idarə edə bilmirəm. Gülavər xanım “mənim günahım deyil kimsəziz olmaq” dedi. Mənim sahibim Allahdır dedi. Xəstələnirəm, günlərlə evdə ac-susuz qalıram. Yenə gözlərim görəndə özümü idarə edirəm. Gözlərimin görməməyi tamam məni taqətdən salıb. İmkanlı şəxslərdən kömək istəyirəm. Öz pensiyamla məni əməliyyat etdirsinlər. Mən özüm gəlməmişəm ki, bu dünyaya, özüm də gedim. Allah verən ömürdü yaşayıram. Vallah, deyirəm ki, ölən şəhidlərimizin əvəzinə mən ölərdim. Onlar cavandı yaşayaydılar. Hər gün şəhidlərin ruhuna dualar oxuyub sonra yatıram. Allah xatirinə mənə kömək edin.

Esmira Hidayətova, Mingəçevir