Mingəçevirdə də seçici aktivliyi müşahidə edilir

0
92

Səhər saatlarından etibarən Mingəçevirdə də seçici aktivliyi müşahidə edilir. Sakinlər məntəqələrə gələrək öz güvəndikləri namizədə səs verirlər.

Mingəçevirdə seçkilərin gedişini 325 nəfər yerli , 7 beynəlxalq müşahidəçilər izləyir. Seçki məntəqələrində Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəz tərəfindən bir, “ELS” Müstəqil Araşdırma Mərkəzi tərəfindən 3 seçki məntəqəsində “exit-poll” keçirir. Mingəçevirdə ümumilikdə 408 nəfər ilk dəfə səs verəcək.

Şəhərin ən yaşlı seçicisi 97 yaşlı Baba Əliyevdir. Ölkədə keçirilən seçkiləri izləyən xarici müşahidəçilər hər hansı qanun pozuntusu olmadığını bildirblər.

 

Şəhər sakini Zahid Qasımlı  saytımıza müsahibəsində bildirib ki, 17 saylı məntəqənin seçicisidir: ”Səhər seşki başlayanda vətəndaşlıq borcumu yerinə yetirmək üçün ailə üzvülərimlə birgə gəlib seçdiyimiz namizədə səs verdik. Seçki normal şəraitdə keçir. Heç bir təziq yoxdur və mən inanıram ki, seçkinin nəticəsidə normal olacaq, layiqli namizəd də qalib gələcək”.

 

Beynəlxalq müşahidəçi  Sergey Smetanikov bizə müsahibəsində bildirdi ki, biz də xarici müşahidəçi qismində seçkiləri izləyirik:”Azərbaycan xalqını rus xalqı adından salamlayıram. Müşahidələrimə əsasən bildirim ki,seşkilər tam şəfaf şəraitdə keçir, heç bir qanun pozuntusuna yol verilməyib.

Esmira Hidayətova, Mingəçevir