İtaliyalılar 3 cavabsız qolla adını yarımfinala yazdırıb

0
55

Aprelin 10-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha iki cavab qarşılaşması keçirilib. Turun sensasiyası Romada qeydə alınıb. Səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” öz meydanında bu məğlubiyyətin əvəzini çıxıb. Di Françeskonun yetirmələri turnirin favoritlərindən hesab edilən “Barselona”nın qapısında 3 cavabsız top keçirərək adlarını yarımfinala yazdırıblar.

Günün digər matçında isə “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab qarşılaşmasında da “Mançester Siti”yə heç bir şans verməyiblər. Yürgenin Klopun yetirmələri bu dəfə 2:1 hesablı qələbəyə seviniblər.

Beləliklə, “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu bu gün keçiriləcək.

 

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

 

10 aprel

 

“Roma” (İtaliya) – “Barselona” (İspaniya) – 3:0

Qollar: Ceko, 6, De Rossi, 58 (pen.), Manolas, 82

Baş hakim: Klemen Turpin (Fransa)

Roma. Olimpiya Stadionu

İlk oyun – 1:4

 

 

“Roma”: 1. Alisson Bekker, 4. Racca Naynqolan, 5. Juan Jesus, 6. Kevin Strootman, 9. Edin Ceko, 11. Aleksandr Kolarov, 14. Ptrik Şik, 16. Daniele De Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

 

“Barselona”: 1. Mark-Andre Ter Ştegen, 2. Nelson Semedo, 3. Cererd Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta, 9. Luis Suarez, 10. Lionel Messi, 18. Xordi Alba, 20. Serxio Roberto, 23. Samuel Umtiti

 

 

“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 1:2

Qollar: Qabriel Jesus, 2 – Salah, 57, Firmino, 76

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Mançester. Şəhər stadionu

İlk oyun – 0:3

 

“Mançester Siti”: 31. Ederson, 2. Kayl Uollker, 7. Rahim Sterlinq, 14. Aymerik Laporte, 17. Kevin de Brün, 19. Leroy Sane, 20. Bernardo Silva, 21. David Silva, 25. Fernandinyo, 30. Nikolas Otamendi, 33. Qabriel Jesus

 

“Liverpul”: 1. Lloris Karius, 4. Vircil van Diyk, 5. Corcinyo Uaynaldum, 6. Deyan Lovren, 7. Ceyms Milner, 9. Roberto Firimino, 11. Mohammed Salah, 19. Sadio Mane, 21. Oksleyd Çemberleyn, 26. Endi Robertson, 66. Aleksandr Arnold