“Riyaziyyat bütün elmlərin şahıdır”

0
92

Mingəçevir 1 saylı tam orta məktəbdə “Riyaziyyat bütün elmlərin şahıdır”adlı sazlı, sözlü  riyaziyyat gecəsi keçirilib. Tədbirin təşkilatçısı  məktəbin müəllimələri – Aysel Cəfərova, Səbinə Həsənova və 5c, 8c sinif şagirdləri olub. Şagirdlərin hazırladığı bədii gecə himnimizi ifası ilə başlayıb.  Şagirdlər yumoristik riyazi səhnəciklər, mahnılar, görkəmli riyaziyyatçılar haqqında maraqlı məlumatlarla çıxış ediblər. Şagirdlər riyazi fiqurlar və riyazi rəqəmlər olaraq bir-birləri ilə deyişiblər.

“Məntiqsiz insana riyaziyyatı öyrətmək qırıx qaba su doldurmaqdır” sözləri ilə çıxış edən 5 və 8-ci sinif şagirdləri tədbirin  sual-cavab bölümündə də fəal iştirak ediblər. Zalda əyləşən şagirdlər də sual-cavabda fəal iştirak edərək kiçik  hədiyyələr qazanıblar. 8c sinifinin qızları riyaziyyata aid bəstələdikləri mahnıları məharətlə ifa ediblər.

Tədbirin təşkilatçısı Aysel Cəfərova çıxış edərək riyaziyyat elimindən, onun inkişafından, məşhur riyaziyyatçılardan söz açıb. Azərbaycan alimlərinin bu sahəyə verdiyi töhfələri diqqətə çatdırıb. Aysel müəllimə onu da bildirib ki, riyaziyyat hər yerdədir, o cümlədən bütün elmlərlə yanaşı riyaziyyatı daha yaxşı öyrənmək lazımdır. Çünki bütün elmlərin açarı riyaziyyatdır.

Sonda məktəbin direktoru Aynur Rəsulova çıxış edərək tədbir haqqında xoş sözlər deyib. Şagirdlərin bu bacarığını alqışlayıb. Müəllimlərə də təşəkkürünü bildirib.

Esmira Hidayətova , Mingəçevir.