Roman Qriqorçuk 3 xal arzusundadır

0
68

Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulacaq. “Apasport” məlumatına görə, iki qarşılaşma baş tutacaq.Meydana mükafatlar və avrokuboklar uğrunda mübarizə aparan komandalar çıxacaq. İddialıların duelləri Bakıda olacaq.

Əvvəlcə 7 oyundu qələbə qazanmayan “Zirə” “Qəbələ”ni qəbul edəcək. İstefası gündəmdə olan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk qələbə ilə 3-cü sıranı qaytarmağa çalışacaq. Roman Qriqorçukun komandası isə ardıcıl iki heç-heçədən sonra 3 xal arzusundadı.

 

Həftənin son matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gələcək. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməlidi. 5 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə məhz “Sumqayıt”a uduzub. Samir Abasovun komandası isə 2018-ci ilin ən yaxşısıdı və 9 oyundu məğlub olmur.

 

“Ağ-qaralar” qələbə ilə mükafatlara daha da yaxınlaşacaqsa, qonaqlar 3-cü sırada möhkəmlənmək üçün üç xal qazanmalıdı.

 

 

Topaz Premyer Liqası

XXII tur

 

8 aprel

 

16:30. “Zirə” – “Qəbələ”

Mövsümün əvvəlki oyunları: 1:1, 2:1, 1:2

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu

 

18:30. “Neftçi” – “Sumqayıt”

Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 0:2

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

8-ci km qəsəbə stadionu

 

 

1. Qarabağ 22 16 5 1 32-8 53
2. Qəbələ 21 12 4 5 35-21 40
3. Sumqayıt 21 10 5 6 27-22 35
4. Zirə 21 9 7 5 28-20 34
5. Neftçi 21 9 3 9 26-22 30
6 Səbail 22 5 3 14 14-31 18
7. Keşlə 22 4 6 12 19-34 18
8. Kəpəz 22 3 3 16 14-37 12

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12 qol