Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilər

0
95
 Aprelin 3-də Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olub. Stansiya ölkənin Mersin əyalətinin Akkuyu bölgəsində inşa olunacaq. Akkuyu AES-in ilk reaktorunun 2023-cü ildə istismara verilməsi planlaşdırılır. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir. Bu isə Türkiyənin nüvə silahı olan dövləti olmasını gündəmə gətirib.

Bəs Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilərmi?
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” nin sədri Adil Qəribov  Modern.az-a açıqlama verib.
Qurum rəsmisi bildirib ki, Azərbaycanda da Atom Elektrik Stansiyası tikilə bilər.
“Azərbayacanda neft, qazın tükənməsinin 50 illik vaxtı var. Ona qədər Azərbaycan üçün böyük energetika axtarmaq lazımdır. Bu gün dünyada böyük enerji mənbəyi nüvədir . Ölkəmizdə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması onun üçün idi ki, gələcəkdə respublikada nüvə texnologiyası, nüvə energetikası sahəsində nə işlər varsa, hamısını bu qurum görsün.  Hesab edirəm ki, gələcək 10-15 ildə Azərbaycanda Atom Elektrik Stansiyasının tikilməsi məsələsi gündəmə gətiriləcək”.