“Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək”

0
43

Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək.APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. “Vaşinqtonun Moskva ilə sanksiya dilində danışmaq illüziyalarından qurtulmağının vaxtı çatıb. Əvvəllər də qeyd edildiyi kimi, heç bir təzyiq tədbirləri Rusiyanı seçdiyi yoldan döndərə bilməz. Sanksiyalar yalnız ABŞ-ın qarşısına qoyduğu məqsədə nail ola bilmədiyini nümayiş etdirir və Rusiya cəmiyyətini sıx birləşdirir”, məlumatda deyilir.

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.