Quzu ətindən baha bitki

0
58

Goranboyda torpağın müəyyən dərinliyində yetişən tryufel bitkisinin yığımı aparılır. Heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz, payız yağışları isə ona can verir. Göbələyin bir növü olan bitkini yerli sakinlər onu dombalan adlandırır. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitkinin yığımı əllə aparılır. Tryufel Goranboyda Rəhimli, Veyisli kəndlərinin ərazisində daha çox yetişir. Yerli sakinlərin sözlərinə görə, bitkinin yığımı dekabrdan may ayına qədər davam edir.

Картинки по запросу tryufel

Kənd sakinləri bildiriblər ki, şəkər, qan damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədərdə asan başa gəlmir. Elə bu səbəbdən tryufelin qiyməti yüksəkdir. Yerli sakinlər tryufelin quzu ətindən baha olduğunu, hazırda 1 kiloqramnın 15-20 manata satıldığını bildirirlər. Göbələkdən çox kartofa bənzəyən bitkidən müxtəlif təamlar hazırlanır. Yerli sakinlər onu da deyir ki, tryufel daha çox Avropa ölkələri İspaniya, İtaliya, Fransada məşhurdur.

Esmira Hidayətova, Goranboy