Yeniyetmə su kanalında boğulub

0
25

Mingəçevirdə yeniyetmə su kanalında boğulub. Hadisə  Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

 

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axşam saatlarında

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu  batan oğlanı sudan çıxarıblar.

Esmira Hidayətova,Mingəçevir.