Mingəçevirdə 3 qadını maşın vurub

0
27

Mingəçevir şəhərində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb. Arxasi butkalı  minik avtomobili yolu keçən 3 qadını -1978-ci il təvəllüdlü Qaraşova Yeganə Ədalət qızı, 1948-ci il təvəllüdlü Qaradilova Tamara Akif qızı və  1958-ci il təvəllüdlü Məmmədova Fəridə Məmmədəli qızını vurub.

 

Hər üç yaralı Təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrin vəziyyəti ilə bağlı xəstəxananın  həkim-travmotoloqu İlham Cəfərov saytımıza  açıqlamasında bildirib ki, Qaraşova Yeganə Ədalət qızı bədənin çoxsaylı sıyrıqları müşahidə olunub, Qaradilova Tamara Akif qızı bədənin sağ tərəfində sıyrıqlar və Fəridə Məmmədovanın saq incə sümüyündə qırıqlar olub.Hər üç xəstəyə yardım olunub hal-hazırda vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Esmira Hidayətova, Mingəçevir.