Tramp… yardımı dondurur

0
22

ABŞ Prezidenti Donald Tramp ölkənin Xarici İşlər Nazirliyinə Suriyada Birləşmiş Ştatların başçılıq etdiyi Beynəlxalq Koalisiyanın dəstəyi ilə YPG/PKK-nın nəzarətinə keçən ərazilərin bərpası üçün ayrılan 200 milyon dollarlıq yardımın dondurulması barədə təlimat verib .

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ nümayəndələri “Wall Street Journal” nəşrinə müsahibələrində Ağ evin Birləşmiş Ştatların Suriyadakı gələcək rolunu müəyyən etdiyini və Beynəlxalq Koalisiyanın bu ölkədə əməliyyat keçirdiyi bölgələrdə infrastrukturun bərpası üçün ayrılan 200 milyon dollarlıq yardımın dondurulduğunu iddia ediblər.

Qəzetin məlumatına əsasən, bu təlimat Trampın ABŞ ordusunun Suriyadan çıxarılacağı barədə bəyanatına paralel olaraq verilib. Prezidentin bu addımı Suriyada İŞİD-ə qarşı mübarizənin son zamanlar dalana dirəndiyi səbəbindən atdığı bildirilir.