Soyqırımı qurbanları Mingəçevir Qeydiyyat şöbəsində də anılıb

0
42

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Mingəçevir Qeydiyyat şöbəsində də qeyd olunub. Şöbənin foyesində təşkil olunan anım tədbirində ilk öncə soyqırım və deportasiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova xalqımızın başına əsrlər boyu mənfur ermənilər və havadarları tərəfindən gətirilmiş faciələrdən danışıb.

Tədbirdə çıxış edən digər şəxslər bildiriblər ki, ermənilərin 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Naxçıvan, İrəvan və digər bölgələrdə törətdikləri qırğınlar nəticəsində on minlərlə insan qətlə yetirilib. Erməni millətçiləri azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçiriblər.  Hətta sovetlər dönəmində qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurd yerlərindən deportasiya ediliblər. Ən son dönəmdə başımıza Xocalı müsibəti gətirilib. Bu o deməkdir ki, erməni cinayətləri sərhəd tanımır və  bundan sonra da tanımayacaq. 1918-ci il 31  mart  soyqırımı insanlıq əleyhinə yönəlmiş  qəddar cinayətdir  və  ölkəmizdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi heç vaxt  unudulmayaraq gələcək nəsillərə ötürüləcək. Tədbirdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Esmira Hidayətova, Mingəçevir