Mingəçevirdə  31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan təbbir keçirilib

0
78

Mingəçevir  şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb.Bu münasibətlə “Şəhidlər Xiyabanı”nda təşkil olunan anım tədbirində izdiham yaşanıb. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir  İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Məşəl Abidə Kompleksi önünə gül dəstəsi  qoyub. Mərasimdə 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  100 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. Soyqırımın xronologiyasına nəzər salan icra başçısı bildirib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.

Daha sonra mərasimdə çıxış edən ictimayyət nümayəndələri  vurğulayıblar ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Çıxışlardan sonra mingəçevirlilər ehtiram əlaməti olaraq soyqırımı qurbanlarının xatirə kompleksinin önünə gül dəstələri düzüblər.

Esmira Hidayətova, Mingəçevir