Böyükşor gölü ərazisində yeni magistral yolun tikintisinə başlanılıb

0
54

Paytaxtda, Böyükşor gölü ərazisində yeni magistral yolun tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, sözügedən yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində inşa olunur və layihənin 1-ci mərhələsi çərçivəsində yaradılmış 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək. 4 hərəkət zolaqlı magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirəcək.

Tikinti işlərinin 2018-ci ilin sonları və ya gələn ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, hazırda “Böyükşor gölünün bərpası” layihəsinin II mərhələsinin icrası ilə bağlı işlər aparılır. Layihələndirmə işləri bu ilin ortalarında yekunlaşacaq. “Təmiz Şəhər” ASC “Böyükşor gölünün bərpası” layihəsinin birinci mərhələsində 300 hektar ərazini təmizləyib, neftlə çirklənmiş neft çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salaraq Bakı sakinlərinin istifadəsinə verib.