Reyhan Camalova “Forbes”in hesabatına düşdü

0

enter site Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalı Asiya qitəsini təmsil edən yeniyetmə və gənc ixtiraçıların reytinq cədvəlini hazırlayıb. “ http://prosourceofkcwest.com/hot-yoing-pussy Yeniavaz” “Forbes” jurnalına istinadən xəbər verir ki, “Asiyanın gələcəyi üçün çalışan 30 yaşı tamam olmayan 30 gənc ixtiraçı” adlı hesabatında Asiya qitəsində yerləşən müxtəlif ölkələrdən olan gənclərin ətraf mühitin qorunması və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair hazırladıqları ixtiralar yer alıb. İlk dəfə olaraq Azərbaycan təmsilçisi də bu hesabata daxil edilib. “Forbes”in hesabatına ən gənc ixtiraçılardan biri kimi daxil edilən “İstək” liseyinin şagirdi Reyhan Camalovanın yağış suyundan enerji istehsal edən “Reynerci” (“Rainergy”) qurğusu ən diqqət çəkən ixtiralardan biri olub.

go to link Məlumat üçün bildirək ki, Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İSTƏK liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə (tamamilə ödənişsiz) İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.

Reyhan Camalova 28-30 noyabr 2017-ci ilin tarixlərində ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti 2017” “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ prezident Trampın qızı və Prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanı belə təqdim edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır”.