Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!

0
56

Martın 27-də, saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal
Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, səhnə
əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar
mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs
rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya
Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.