“Heç kimin haqqı yoxdur, desin ki…”

0
23

Türkiyə Suriyanın sərhəd rayonlarında terror qruplaşmalarına qarşı yeni əməliyyatlar keçirməyə hazırdır.

Türkiyə KİV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə bölgədə əminamanlıq yaratmaq üçün yeni əməliyyat keçirə bilər.

“Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq. Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi də Türkiyə ordusunun gəlişini üçün çağırışlar edir.Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar əməliyyat çərçivəsində Türkiyə Ordusunun “Azad Suriya Ordusu” ilə birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib.modern.az