Mariya Stadnik Bolqarıstan turnirinin finalına yüksəlib

0
64

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.

İlk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Bu gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub.

Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Final görüşü Bakı vaxtı ilə 25 mart saat 17:00-da başlayacaq.

Yunan-Roma güləşi 
67 kq
1/8 final – Murat F. (TUR) – Elman Muxtarov 8:0

Qadın güləşi
50 kq
FİNAL – Mariya Stadnik –
1/2 final – Mariya Stadnik – Nadejda Sokolova (RUS) 14:4
1/4 final – Agata Walerzak (POL) – Mariya Stadnik 0:10 (52 san.)
1/8 final – Mariya Stadnik – Tabatha Grunewald (FRA) 11:0 (87 san.)