“Neftə ən yüksək tələbat 2040-cı ildən sonra olacaq”

0
64

“Dünyada neftə pik həddə tələbat 2040-cı ildən əvvəl olmayacaq”. Bunu “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib. O qeyd edib ki, hətta yanacaq mühərrikləri ilə bağlı pessimist ssenaridə nəqliyyatda neftə qlobal tələbat 2030-cu ilə qədər gözlənilmir: “Bu isə o deməkdir ki, neftə ən yüksək tələbat 2040-cı ildən əvvəl ola bilməz”.

Onun sözlərinə görə, dünyada enerji resurslarına tələbat əhali və adambaşına düşən ÜDM artımı ilə əlaqədar artmağa davam edəcək: “Ən çox bərpa olunan enerji mənbələrinə tələbatda artım olacaq. Qaza tələbatın artması, kömürə isə azalması gözlənilir. Neftə isə tələbat orta həddə artacaq. Eyni zamanda hazırkı dinamika ilə müqayisədə neft tələbatının artım tempi əhəmiyyətli dərəcədə yavaşlayacaq, amma tələbatın pik həddi ilə bağlı danışmaq hələ tezdir. Bu isə, ilk növbədə, neft-kimya sektorunun inkişafı ilə bağlıdır. Müxtəlif qiymətləndirmələrə görə, 2030-cu ilə qədər 1 barelin maya dəyəri 60-70 dollara qədər arta bilər”, – V.Ələkbərov qeyd edib. report