Mingəçevirdə “Data Jurnalistika” təlimləri keçirilir

0
51

“Data Jurnalistika” bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir. Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmə artıq reallığa çevrilib. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin “Data Jurnalistik”a ilə bağlı ehtiyacını nəzərə alaraq Avropa İttifaqının maliyyə dəstəyilə və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Əhalinin sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməs” layihəsi çərçivəsində növbəti təlim kursuna start verib.

Martın 22-də Mingəçevir Media Mərkəzində başlayan təlimi layihə çərçivəsində Avopada bacarıqlarını artırmış yerli ekspertlər aparırlar. Təlim xəbərlərdə datanın rolu,data jurnalistika üçün lazım olan bacarıqlar, müvafiq datanın toplanması və təmizlənməsi, mövzuları müəyyənləşdirmək üçün datanın analiz metodları və datanın təqdim edilməsi barədə mövzuları əhatə edir. 20 bölgə üzrə media təmsilçilərinin toplaşdıqları tədbirin iştirakçıları mövzu təklifləri ilə bağlı ümumi müzakirələr aparır və və praktik tapşırıqlar yerinə yetirirlər.

BMT İnkişaf Proqramının eksperti Fərman Nəbiyevin dediyinə görə, təlim martın 25-dək davam edəcək: “Bundan sonra bölgə mediasında çalışanlar müsabiqə üzrə data jurnlistika ilə bağlı hekayələrini hazırlayıb, öz bloqlarında yerləşdirəcək və linki təşkilatçılara göndərəcəklər. Üç qalibə pul mükafatı veriləcək”.

Esmira Hidayətova, Mingəçevir

PAY
Əvvəlki məqaləCizgilərin poetikası
Növbəti məqalədə236-cı sınaq