Putin Novruzla bağlı təbriklərini çatdırıb

0
29

Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına təbriklərini çatdırıb. Rusiya mətbuatı xəbər verir ki, o, təbrik məktubunda bayramı qeyd edənlərə bol ruzi-bərəkət və ailə səadəti arzulayıb: “Qədim tarixə malik olan Novruz bayramı bizim ölkədə yaşayan bir çox xalqların tarixinin, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Həmçinin Novruz özlüyündə təbiətin oyanışını və yeni bir həyatın başlanğıcını əks etdirir”. Rusiya prezidenti həmçinin təbrik məktubunda bu cür adət-ənənələrin qorunub saxlanmasının vacib olduğunu da vurğulayıb: “Yüz il əvvəl olduğu kimi bu gün də şəhər və kəndlərdə şənliklər təşkil olunur, ustaların əl işləri nümayiş olunur. Hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar. Təbii ki, belə bir əlamətdar gündə hər kəs öz yaxınlarını anmalı, diqqət və ehtiyacı olanlara kömək əli uzatmalıdır”.Oxu.az