Mingəçevirdə “Asan həyat şənliyi”

0
433

Mingəçevir “Asan həyat” kompleksində Novruz şənliyi keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyəti, “Asan xidmət” və Park Cinemannın birgə təşkilatçılığı, Asan Radio və Xəzər Tv-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

“Asan həyat şənliyi” şuarı ilə baş tutan konsert proqramında tanınmış sənətçilər səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa ediblər. Qeyd edək ki, “Asan həyat” konsepsiyası “Asan xidmət” mərkəzi ilə yanaşı, istimai iaşə obyektlərini də özündə birləşdirir.

Konsert proqramı axşam saatlarına qədər davam edib. Konsertdə yerli müğənillərin də rəngarəng çıxışları təqdim olunub.

Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksi “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektləri olan kinoteatr, “ASAN Peşə” və “ASAN Kafe”ni özündə birləşdirir. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 mindən çox vətəndaşa xidmət göstərən Mingəçevir “ASAN Həyat” kompleksi ölkəmizdə fəaliyyət göstərən sayca 13-cü regional qurumdur. Onlardan 5-i Bakıda, digər 8-i isə regionlarda – Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevirdə yerləşir.

Esmira Hidayətova, Mingəçevir.