Bakıda keçirilən idman gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

0
77

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci gününə yekun vurulub. Sonuncu final günündə kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə final oyunları keçirilib.

Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Carlos Edrial (14.183 xal) dünya kubokunun ikincisi olub. İlk üçlüyü isə gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) tamamlayıb.