Məmmədyarov Qrişukla heç-heçəyə razılaşdı

0
80

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib.

 

Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib.

 

Qeyd edək ki, Şəhriyar hazırda Fabiano Karuana ilə birlikdə turnir cədvəlinin 1-2-ci pilləsində qərarlaşıb.