36 mindən çox şagird buraxılış imtahanı verir

0
79

Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.

 

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.