Bu gün Yel çərşənbəsidir

0
79

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

 Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da qeyd edilib. Martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.