Şəhriyar Karyakini məğlub etdi

0
71

Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib. Yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir. Həmyerlimiz ilk turda dünya ikincisi Sergey Karyakinlə qarşılaşıb. O, rusiyalı şahmatçıya qarşı qara fiqurlarla oynayıb. Görüş Məmmədyarovun qalibiyyəti ilə nəticələnib. İlk turda Vladimir Kramnik və Fabiano Karuana da qələbə qazanıb.

Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.

Turun nəticələri:

Sergey Karyakin (Rusiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1

Vladimir Kramnik (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 1:0

Levon Aronyan (Ermənistan) – Dinq Liren (Çin) – 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Uesli So (ABŞ) – 1:0