Azərbaycan Mətbuat Şurası sədrini seçib

0
64

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında Şuranın sədri seçilib.

Qurultayda səsvermə ilə MŞ sədri vəzifəsinə növbəti dəfə Əflatun Amaşov seçilib.

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Şuranın İdarə Heyətinə 11 jurnalist (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsi (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) 5 internet informasiya resursu təmsilçisi (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) seçilib.

Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb. Report