Mingəçevirdə növbəti səyyar-qəbul

0
226

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə növbəti səyyar görüş keçirib. Şəhərin A. Məmmədov, Ş. İ. Xətai binalarının sakinləri ilə keçirilən görüşdə  İcra başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən abadlıq və quruculuqdan, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açıb. Şəhər sakinləri şəhərdə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sakinlər eyni zamanda onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Onlar 16 saylı məktəbin vəziyyətindən, şəhərin bəzi məhəllələrində istilik sisteminin olmamasından, dam örtüklərindən, su və kanalizasiya xətlərinin dəyişdirilməsi zamanı asfalt örtüyünün dağıdılmasından, blokların günün tələblərinə cavab verməməsindən və s. problemlərdən danışıblar.

 

İcra Hakimiyyəti başçısı Niyazi Bayramov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir