“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”

0
124

“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə “Zeytun budağı” hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq:

“Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.