Mingəçevirdə Xocalı soyqırımı anıldı

0
469

Xocalı faciəsinin 26-cı ildönümü Mingəçevirdə də qeyd edilib. İlk öncə şəhidlərin ruhuna düalar oxunub, şəhidlərə Allahdan rəhmət dilənib. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olamaqla şəhərin hüquq-mühafizə orqanları, şəhər ictimayyət nümayəndələri, Xocalı sakinləri şəhidlərin xatirə-kompleksi önünə gül dəstələri düzüblər.

Anım mərasimində çıxış edən icra başçısı Niyazi Bayramov erməni təcavüzünün ağır nəticələrindən söz açıb. Qeyd edib ki, Xocalı soyqırımı tariximizin sağalmaz yarasıdır. İcra başçısı Xocalı faciəsini XX əsrin faşizmdən daha dəhşətli faciə adlandırıb. O, “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər barədə də məlumat verib: “Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir”.

Daha sonra Xocalı sakinləri çıxış ediblər. Onlar bildiriblər ki, 26 ildir Mingəçevirdə məskunlaşıblar. Xocalı sakini Zahir Xocalının sözlərinə görə, bu illər ərzində  hüquq-mühafizə orqanları, icra hakimiyyəti, həmçinin hər bir idarə, müəssisə bizim qayğımıza qalıb, problemlərimizlə maraqlanıblar.

Anım tədbirindən sonra Niyazi Bayramov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov Xocalı sakinləri ilə görüşüb.

Esmira Hidayətova, Mingəçevir