Türkiyə 12-ci prezidentini seçir

0
148

Bu gün Türkiyə Cümhuriyyətinin 12-ci prezidentini müəyyənləşdirmək üçün ümumxalq səsverməsi başlayıb. Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər səsvermə hüququna malikdir.
Prezidentlik uğrunda mübarizə Baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş arasında aparılır.
Rəcəb Tayyib Ərdoğan və Ekmələddin İhsanoğlu İstanbulda, Səlahəddin Dəmirdaş isə Diyarbəkirdə səs verəcək.

Qeyd edək ki,21 oktyabr 2007-ci ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişiklikdən sonra Türkiyədə ilk dəfə prezident xalq tərəfindən seçilir. Əvvəllər parlament tərəfindən 7 illiyə seçilən və vəzifə müddətini başa vuran prezident ikinci dəfə namizəd ola bilməyib. Konstitusiyada edilən dəyişiklikdən sonra prezident xalq tərəfindən 5 illik müddətə seçiləcək və ikinci 5 il üçün də namizədliyini irəli sürə biləcək. İki dəfə prezident olmuş şəxsin prezidentliyə üçüncü dəfə namizəd olmasına Konstitusiya imkan vermir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here