Türkiyə Niderland parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasını pisləyib

0
227

Ankara Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyir.

Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

“Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimi tanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımı kimi tanımayan ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla heç bir əlaqəsi yoxdur. Deməli, o heç bir hüquqi qüvvəyə malik deyil”, – deyə bəyanatda qeyd edilir.

“1915-ci il hadisələrinə dair Türkiyənin mövqeyi tarixi faktlara və hüquq normalarına əsaslanır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı da bu məsələdə haqlı olduğumuzu təsdiqləyir”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatası uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib.

Qeyd edək ki, 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Fevralın 5-də isə Hollandiya Türkiyədəki səfiri Kornelis Van Riyi geri çağırmışdı.