ABŞ İŞİD-ə zərbələr endirib

0
213
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında “İslam Dövləti” (keçmiş “İraq Şam İslam Dövləti”) qüvvələrinə hava zərbələri endirməyə başlayıb. Bu barədə Pentaqondan açıqlama verilib. Açıqlamada bildirilib ki, İraqdakı ABŞ hərbi personalının olduğu yerin yaxınlığına top atəşi açılmasından sonra ABŞ hərbi təyyarələri əməliyyata başlayıb.
 Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Barak Obama İraqda radikal islamçı silahlılara qarşı hava zərbələri endirə biləcəklərini bəyan edib.

İraqda ordu qüvvələri ilə İŞİD arasında qızğın döyüşlər gedir

Ənbar vilayətində ordu ilə İŞİD arasında şiddətli döyüşlər olub. İlkin məlumatlara görə, döyüşlərdə 25 terrorçu öldürülüb, onlarla terrorçu isə yaralanıb. Silahlı toqquşmalara zamanı 2 əsgərin isə yaralandığı bildirilir.

İraq Müdafiə Nazirliyi Ənbar vilayətindəki döyüşlərlə bağlı açıqlama verib. Bildirilir ki, qeyd edilən vilayət terrorçulardan tamamilə təmizlənib.

Qeyd edək ki, İŞİD İraqda bir neçə böyük şəhərlərdə nəzarəti ələ keçirib. Araşdırmalara görə, həmin şəhərlərdən bir milyon insan köç etmək məcburiyyətində qalıb.

 

BMT İŞİD-i qarşı mübarizəyə çağırıb

BMT Təhlükəsizlik Şurası “İŞİD” qüvvələrinin Karakoş şəhərinə hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti İraqa yardım etməyə çağırıb. Bu barədə “Röyters” məlumat yayıb.

“BMT Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq ictimaiyyəti İraq hökumətini və xalqını dəstəkləməyə və əhalinin münaqişədən çəkdiyi əzablarının yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyə çağırıb”, deyə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Layall Qrant bildirib. BMT Təhlükəsizlik Şurasının iclası Fransa tərəfdən çağırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here